Yevlaxda baş verən bədbəxt hadisə nəticəsində ölən şəxsin kimliyi məlum olub.
Bizim.Media xəbər verir ki, həmin şəxs traktorçu Mustafayev Firdovsi İlqar oğludur.
"QAZ-24" markalı avtomobilin sürücüsü isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.
Xatırladaq ki, traktor palçıq ərazidə batmış "QAZ-24" markalı minik maşınını çəkərkən aşıb.
Nəticədə bir nəfər ölüb, bir nəfər yaralanıb.
Leyla Vəfadar, Bizim.Media, Mərkəzi Aran bürosu