Şəkidə EV YANDI - FOTO

Şəkidə EV YANDI - FOTO

Hazırda oxunan: Şəkidə EV YANDI - FOTO

251130

Şəkinin Qoxmuq kəndində yaşayış olmayan evdə güclü yanğın qeydə alınıb.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinə Qoxmuq kənd sakininə məxsus iki mərtəbəli evdə yanğın baş verməsi barədə məlumat daxil olub.

Dərhal yanğınsündürənlər hadisə yerinə cəlb edilib. Həyata keçirilən tədbirlərlə yanğını alovları lokallaşdırılıb və yaxınlıqdakı tikililər mühafizə olunub. Lakin evin yanar konstruksiyaları yanıb.

Yanğının səbəbləri araşdırılır.






Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu .

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO