Kitab Festivalında “İraq Kərkük Ədəbiyyatı” mövzusunda panel müzakirəsi KEÇİRİLDİ - FOTO

Kitab Festivalında “İraq Kərkük Ədəbiyyatı” mövzusunda panel müzakirəsi KEÇİRİLDİ - FOTO

Hazırda oxunan: Kitab Festivalında “İraq Kərkük Ədəbiyyatı” mövzusunda panel müzakirəsi KEÇİRİLDİ - FOTO

251116

24 May 2025-ci il tarixində IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı çərçivəsində “İraq Kərkük Ədəbiyyatı” mövzusunda panel müzakirəsi baş tutub.

Bizim.Media xəbər verir ki, panelin moderatoru filologiya üzrə fəlsəfə doktoru Esmira Fuad olub.
 

MÖVZU İLƏ BAĞLI:

Elçin Süleymanov "Arzular Arazda qaldı" kitabını oxuculara TƏQDİM ETDİ - FOTO


Tədbirdə AMEA-nın elmi işçisi, tədqiqatçı Orxan İsayev çıxış edərək İraq türkmən ədəbiyyatının görkəmli nümayəndələrindən biri olan Əta Tərzibaşının zəngin mədəni irsindən danışıb.

O, həmçinin ümumilikdə İraq türkmən ədəbiyyatının inkişaf yolu, əsas istiqamətləri və bu sahədə aparılan elmi araşdırmalar barədə məlumat verib.

Panelin qonaqlarından biri olan şair Əli Yağmuroğlu da çıxış edərək İraq türkmən poeziyasının özünəməxsus üslubu və poetik dünyası haqqında fikirlərini bölüşüb. O, ədəbiyyatın türk kimliyinin qorunmasında oynadığı rolu xüsusi vurğulayıb. Şair eyni zamanda türkmənlərin basqılara baxmayaraq öz milli kimliklərini qoruyub saxlamalarına xüsusi diqqət çəkib.

O, daha sonra "Altın köprü" adlı şeirini səsləndirib.

Tanınmış şair, tərcüməçi, professor Faruk Faiq Köprülü də paneldə çıxış edərək İraq türkmən ədəbiyyatının zəngin poetik ənənələrindən söz açıb. O, ana dilində yazıb-yaratmağın türkmən xalqının milli kimliyinin qorunmasındakı əhəmiyyətini vurğulayıb.

Faruk Faiq Köprülü, həmçinin, türk dünyası yazarları arasında ədəbi körpülərin qurulmasının vacibliyinə toxunub. O, Azərbaycanı özünün ikinci vətəni adlandıraraq belə deyib:

"Bir anadan, bir atadan əkiz doğulmuşuq".
 

Panelin natiqləri türkmən ədəbiyyatının Türk dünyasının ortaq ədəbi yaddaşındakı yeri və önəmini vurğulayaraq, bu sahədə gələcək əməkdaşlıq imkanlarını da müzakirə ediblər.


Tədbir iştirakçıların böyük marağına səbəb olub və Türk dünyası ədəbiyyatlarının qarşılıqlı əlaqələrinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyıb.


















Ayşən Rəhim,Pərviz Allahverdiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO