IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında Azərbaycan–Türkiyə ədəbi-mədəni əlaqələri MÜZAKİRƏ EDİLDİ - FOTO

IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında Azərbaycan–Türkiyə ədəbi-mədəni əlaqələri MÜZAKİRƏ EDİLDİ - FOTO

Hazırda oxunan: IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında Azərbaycan–Türkiyə ədəbi-mədəni əlaqələri MÜZAKİRƏ EDİLDİ - FOTO

251111

IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı çərçivəsində “Azərbaycan–Türkiyə ədəbi-mədəni əlaqələri” mövzusunda panel müzakirə təşkil olunub.

Bizim.Media xəbər verir ki, paneldə iki qardaş ölkənin ədəbi və mədəni həyatında xüsusi rol oynayan nüfuzlu nəşrlərin rəhbərləri – “Qobustan” jurnalının baş redaktoru Pərvin Nurəliyeva və “Türk ədəbiyyatı” jurnalının baş redaktoru, professor İmdat Avşar çıxış ediblər.
 

MÖVZU İLƏ BAĞLI:

Motivasiya kitablarının müəllifi Səidə İkiqainin imza günü KEÇİRİLDİ - FOTO


Paneli giriş sözü ilə açan Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Rzayev Azərbaycan–Türkiyə ədəbi əlaqələrinin köklərinin dərin və sarsılmaz olduğunu vurğulayıb. O, bu birliyin yalnız keçmişə deyil, ortaq gələcəyə də xidmət etdiyini bildirib.

Daha sonra Pərvin Nurəliyeva Azərbaycanla Türkiyə arasında ədəbi körpülərin tarixən güclü əsaslar üzərində formalaşdığını və bu istiqamətdə jurnal nəşrlərinin – xüsusilə "Türk ədəbiyyatı" jurnalının – aparıcı rol oynadığını vurğulayıb.

O, ortaq ədəbi irsin qorunub yaşadılması və yeni nəslə ötürülməsi baxımından bu cür festivalların əhəmiyyətini xüsusi qeyd edib.

İmdat Avşar isə “Türk ədəbiyyatı” jurnalının fəaliyyət istiqamətləri və Azərbaycanla əməkdaşlıq imkanlarından bəhs edib.

Panel çərçivəsində iki ölkənin yazıçıları və ədəbi mühitləri arasında əməkdaşlığın daha da genişləndirilməsi yolları, ortaq layihələr və nəşrlər mövzusunda fikir mübadiləsi aparılıb.












Ayşən Rəhim, Pərviz Allahverdiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO