Bu üsulla allergiyadan bir aya QURTULMAQ OLAR

Bu üsulla allergiyadan bir aya QURTULMAQ OLAR

Hazırda oxunan: Bu üsulla allergiyadan bir aya QURTULMAQ OLAR

251058

Allergiyanı bir ay ərzində autolimfosit terapiyası ilə sağaltmaq mümkündür.

Bizim.Media xəbər verir ki, bunu immunoloq-allerqoloq Nadejda Logina bildirib.

Onun sözlərinə görə, bu terapiya dərman allergiyası istisna olmaqla, bütün növ allergik xəstəliklərin müalicəsində istifadə olunur.

Mütəxəssis bildirir ki, autolimfosit terapiyası kif göbələklərinə, məişət tozuna və mikrob faktorlarına qarşı, həmçinin soyuqdan və istidən yaranan allergiya növlərini uğurla müalicə edir.

“Bu üsulun mahiyyəti ondan ibarətdir ki, süni şəkildə hazırlanmış peyvəndlər əvəzinə xəstənin öz immun hüceyrələrindən – venoz qanından az miqdarda alınmış limfositlərdən istifadə olunur”.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO