Xoşbəxt ailə üçün 7 SADƏ ÜSUL

Xoşbəxt ailə üçün 7 SADƏ ÜSUL

Hazırda oxunan: Xoşbəxt ailə üçün 7 SADƏ ÜSUL

251048

Ailə münasibətləri daimi diqqət və zəhmət tələb edir. Lakin xoşbəxt ailə həyatı yaşamaq heç də hər kəsə nəsib olmur.

Bizim.Media psixoloqların hazırladığı “xoşbəxt ailə” reseptini təqdim edir:

Səhər salamı.

Gün isti sözlərlə, təbəssümlər və qucaqlaşmalarla başlamaq lazımdır. Bu kiçik jestlər hər bir tərəfdaşın sevildiyini hiss etməsinə kömək edir.

Birgə səhər, nahar və şam yeməyi.

Bəli, həyatın bugünkü sürətli tempində bütün ailəni bir masada toplamaq çətin ola bilər. Ancaq çalışmalıyıq ki, heç olmasa, axşamlar bir araya gələrək günü müzakirə edək, fikir və planlarımızı bölüşək, bir-birimizə dəstək olaq.

Smartfonsuz vaxt keçirmək.

Sosial şəbəkələr heç vaxt canlı ünsiyyəti əvəz etməyəcək. Çünki canlı ünsiyyət bir-birimizi daha yaxşı anlamağa kömək edir və əlaqələri gücləndirir. Beləliklə, xəbər lentini vərəqləmək əvəzinə şirin söhbətə vaxt ayırmağa dəyər.

Səmimi diqqət

Sevdiklərinizi diqqətlə dinləməlisiniz. Onların düşüncələrinə, hisslərinə və təcrübələrinə maraq göstərməlisiniz. Bu cür empatiya emosional əlaqəni və etibarı gücləndirəcək, həmçinin sevdiklərinizin fikirlərinin sizin üçün çox vacib olduğunu göstərəcək.

Minnətdarlıq

Ən kiçik şeylər üçün belə tərəfdaşınıza təşəkkür etməyi unutmayın. Bu sadə vərdiş ailədə dəyər və dəstək hissini gücləndirməyə kömək edəcək.

Fiziki təmas - qucaqlaşmalar

Toxunma və fiziki yaxınlıq gərginliyi, stressi azaltmağa kömək edir, üstəlik sevgi və məhəbbət hormonu olan oksitosinin ifrazını təşviq edir. Tərəfdaşlar arasında fiziki təmas hərarət, yaxınlıq və qayğı mühiti yaradır.

Birgə zaman keçirmək

Gərgin bir gün birgə fəaliyyətlərlə tamamlanmalıdır. Bu, filmlərə baxmaq, kafelərə getmək və ya gəzintiyə çıxmaq, stolüstü oyunlar oynamaq və s. ola bilər. Bu, istirahət etməyə və gününüzü ahəngdar şəkildə başa vurmağa kömək edir.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO