Sosial şəbəkələrdə Dağıstanda şahmatın qadağan edilməsi ilə bağlı xəbərlər yayılıb.
Bizim.Media Lenta.ru-ya istinadən bildirir ki, məlumatda Dağıstan Respublikası Müftliyinin rəhbəri Sergey Melikovun “Dağıstan Respublikası Müftiliyi Alimlər Şurasının qərarını yerinə yetirmək məqsədilə” şahmat oyununu qadağan edən fərmanı, habelə Müftiliyin regional şahmat federasiyalarının rəhbərlərinə bütün şöbələrin bağlanmasını və turnirlərin ləğv olunmasını tələb etdiyi məktubu dərc olunub.
Dağıstan Müftiliyi isə respublikada şahmatın qadağan olunması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatları təkzib edib.
“Müftilik belə məzmunlu fətva verməyib və bu nəşri dezinformasiya və təxribat cəhdi kimi qiymətləndirir”, - deyə dini qurumdan bildirilib.
Şəfiqə Şəfa. Bizim.Media