Dövlət borcu üzrə hesabatlılığı təmin edən elektron modul təqdim edildi - FOTO

Dövlət borcu üzrə hesabatlılığı təmin edən elektron modul təqdim edildi - FOTO

Hazırda oxunan: Dövlət borcu üzrə hesabatlılığı təmin edən elektron modul təqdim edildi - FOTO

251018

Bu gün Maliyyə Nazirliyinin Büdcə Məlumatlarının İdarəetmə Sistemində (BMİS) dövlət borcu üzrə hesabatlıq funksionallığını təmin edən elektron modulun təqdimatı keçirilib.

Bizim.Media xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, yeni modulun əsas məqsədi kredit sazişləri çərçivəsində kredit vəsaitlərindən istifadə üzrə layihə idarəetmə qruplarının, icraçı qurumların və əsas borcalanların Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyinə təqdim etdiyi hesabatları elektronlaşdırmaq, prosesin səmərəliliyini artırmaq, məlumat dövriyyəsini avtomatlaşdırmaqdır. Həmçinin adıçəkilən modulun tətbiqi ilə hesabatların toplanması və emal proseslərinin operativliyi artırılacaq, vaxt itkisinin qarşısı alınacaq, məlumatların təhlükəsizliyi və etibarlılığı təmin ediləcək.

13 dövlət qurumunun nümayəndələrinin iştirak etdiyi tədbirdə qeyd olunub ki, BMİS-də dövlət borcu üzrə hesabatlıq funksionallığını təmin edən elektron modulun istifadəyə verilməsi Maliyyə Nazirliyinin rəqəmsal idarəetmənin gücləndirilməsi və innovativ texnologiyaların tətbiqi istiqamətində apardığı ardıcıl, məqsədyönlü və institusional islahatların tərkib hissəsidir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO