“İdeal”ın keçmiş sahibi ilə bağlı QƏRAR VERİLDİ

“İdeal”ın keçmiş sahibi ilə bağlı QƏRAR VERİLDİ

Hazırda oxunan: “İdeal”ın keçmiş sahibi ilə bağlı QƏRAR VERİLDİ

250972

“İdeal” (indiki “Adore”) mağazalar şəbəkəsinin mənimsəmə ittihamı ilə məhkum olunmuş keçmiş rəhbəri İlqar İsmayılovun vaxtından əvvəl azadlığa buraxılması ilə bağlı müraciəti təmin edilməyib.

Bizim.Media Qafqazinfo-ya istinadən xəbər verir ki, Xəzər Rayon Məhkəməsi onun cəzasının qalan hissəsinin şərti hesab edilməsinə razılıq verməyib.

Qərarda göstərilib ki, İsmayılovun cəzanın yarıdan çoxunu çəkməsinə baxmayaraq, digər əsaslarla azadlığa buraxılması məqsədəuyğun deyil.

Qərara əsasən, ərizə təmin edilməyib və İ.İsmayılov həbsdə qalıb.

Qeyd edək ki, o, 2021-ci ilin aprel ayında həbs edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il azadlıqdan məhrum edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO