Səhər yeməyinə YOX deyək? – Deputatın fikrinə REAKSİYA

Səhər yeməyinə YOX deyək? – Deputatın fikrinə REAKSİYA

Hazırda oxunan: Səhər yeməyinə YOX deyək? – Deputatın fikrinə REAKSİYA

250970

“Bədənin ehtiyacı yoxdursa, səhər qidalanmaya gərək  yoxdur. Qidalanma maksimum 12:00-dan sonra başlaya bilər”.

Xəbər verdiyimiz kimi, bu sözləri ürək-damar cərrahı, Milli Məclisin deputatı Rəşad Mahmudov “ASAN TV”-yə açıqlamasında bildirib

Deputatın bu sözləri müzakirələr yaradıb. 

Doğrudanmı, səhər yeməyinə saat 12:00-dan sonra başlanılmalıdır?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan professor Adil Qeybulla deputatın fikirləri ilə razılaşıb:  

“Rəşad doktora böyük hörmətim var, o kifayət qədər ürək-damar sahəsində gedən patoloji proseslərə yaxından bələddir. Onun tövsiyyələrini diqqətə almaq yaxşı olar”. 

Yaşamağın cövhəri az qida qəbul etməkdir…

Adil Qeybulla deyir ki, yaşamağın cövhəri az qida qəbul etmək, çox hərəkət etmək, qidanın tam yanmasına nail olmaq, bədəndəki mübadilə proseslərinin düzgün getməsini təmin etməkdir:

“Əlbəttə, orqanizmin yaşaması təkcə qidalanmaya yox, genetik faktorlara, anomaliyalara bağlıdır. İnsanlar öz orqanizmlərini qorumalı, bədəni həddən artıq karbohidratlarla yükləməməlidirlər, hərəkətliliyə üstünlük vermək orqanizmin düzgün çalışmasının əsas zəminidir.  Bu istiqamətdə mən də Rəşad bəyi dəstəkləyirəm. Yeməyin növbəliyi ilə bağlı isə yanaşmalar müxtəlif ola bilər”.

Nəzrin Mirzəyeva, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO