Daha iki dönərxana BAĞLANDI - FOTO

Daha iki dönərxana BAĞLANDI - FOTO

Hazırda oxunan: Daha iki dönərxana BAĞLANDI - FOTO

250967

Naxçıvan Muxtar Respublikası (MR) Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Naxçıvan şəhəri, Şərur və Kəngərli rayonlarında fəaliyyət göstərən 48 dönərxanada dövlət nəzarəti tədbirləri həyata keçirilib.

Bizim.Media xəbər verir ki, aparılan nəzarət tədbirləri zamanı bir sıra nöqsanlar aşkarlanıb.

Dönərxanalardan bəzilərinin qeydiyyatının olmadığı, işçilərin ilkin və dövri tibbi müayinələrə cəlb olunmadığı, gigiyenik qaydalara əməl edilmədiyi, temperatur rejiminə, mal qonşuluğu prinsipinə riayət olunmadığı, alət və avadanlıqların təmiz saxlanılmadığı müəyyən edilib.

Şübhəli məhsullar hesab edilən bişmiş dönər, mayonez və digər souslardan nümunələr götürülərək Naxçıvan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub.

Nöqsanların daha çox müşahidə olunduğu Naxçıvan şəhəri Ə.Əliyev küçəsində fəaliyyət göstərən İsmayılov Məhəmməd İsmayıl oğluna məxsus “Alov” dönərxanasının və Naxçıvan Avtovağzal Kompleksinin ərazisində yerləşən Əhmədov Gülçin Eldar oğluna məxsus dönərxananın fəaliyyəti çatışmazlıqlar aradan qaldırılanadək dayandırılıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO