Qurbanlıq heyvanlar üçün kəsim yerləri AÇIQLANDI – ÜNVANLAR

Qurbanlıq heyvanlar üçün kəsim yerləri AÇIQLANDI – ÜNVANLAR

Hazırda oxunan: Qurbanlıq heyvanlar üçün kəsim yerləri AÇIQLANDI – ÜNVANLAR

250963

Qurbanlıq heyvan kəsimi və satışının müvafiq norma və qaydalara uyğun, sağlam və rahat şəraitdə həyata keçirilməsi məqsədilə bu il ölkə üzrə 126 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil olunacaq.

Bu barədə Bizim.Media-nın sorğusuna cavab olaarq AQTA-dan məlumat verilib.

Bildirilib ki, bunlardan 70-də həm kəsim, həm satış, 29-da qurbanlıq heyvanların yalnız satışı, 27-də isə yalnız heyvan kəsimi xidmətləri təklif olunacaq:

“Həmin məntəqələrdə baytarlıq nəzarətindən keçmiş və sanitar-gigiyenik tələblər gözlənilməklə kəsilmiş qurbanlıq heyvanlar əhaliyə təqdim olunacaq. Bununla yanaşı, bir sıra regionlarda Qida Təhlükəsizliyi Agentliyi ilə razılaşdırılmaqla səyyar heyvan kəsimi çadırları quraşdırılaraq qurbanlıq heyvanların baytarlıq nəzarəti altında kəsimi və satışı təmin ediləcək.
 

Həmçinin ölkə ərazisində fəaliyyət göstərən müvafiq infrastruktura malik ticarət şəbəkələri tərəfindən sifarişlərə uyğun bayram günlərində qurbanlıq heyvan ətinin vətəndaşlara çatdırılması nəzərdə tutulur. Bununla  bağlı həmin satış şəbəkələri tərəfindən ətraflı məlumatlar veriləcək.


Vətəndaşlar bayram günlərində saat 08:00-dan 20:00-dək qurbanlıq heyvanları satmaq, almaq və ya kəsdirmək üçün yuxarıda qeyd edilən xidmətlərdən istifadə edə bilərlər”.

Qeyd edilib ki, ölkə üzrə qurbanlıq heyvanların satışı və kəsimi yerləri barədə məlumatları //afsa.gov.az/az/qurban-bayrami-2025 linkinə daxil olmaqla əldə etmək mümkündür.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO