Fazil Mustafadan TƏKLİF: “MSK sədrinin müavinləri və katiblərə də diplomatik pasport verilsin”

Fazil Mustafadan TƏKLİF: “MSK sədrinin müavinləri və katiblərə də diplomatik pasport verilsin”

Hazırda oxunan: Fazil Mustafadan TƏKLİF: “MSK sədrinin müavinləri və katiblərə də diplomatik pasport verilsin”

250940

“Neçə illərdir Mərkəzi Seçki Komissiyası ilə bağlı məsələ unudulub. Bütün qurumlarda sədr və müavinləri nəzərdə tutulub. Yeganə MSK-dır ki, heç bir müavin, katib nəzərdə tutulmayıb. 

Ümumiyyətlə, bu quurmun statsusu barədə düşünməliyik. Bütün seçkiləri keçirirlər, bütün seçkilərə müşahidəçi gedirlər, ilboyu xarici ölkələrə səfərlər edirlər. Bu cür dəyişiklik edəndə kompleks baxılmalıdır. MSK-nın sədrindən başqa müavin və katiblərə diplomatik pasportun verilməsinə nə xələl gətirə bilər?” 

Bizim.Media xəbər verir ki, bunu parlamentin bugünkü iclasında deputat Fazil Mustafa deyib.

O bildirib ki, Mərkəzi Seçki Komisssiyası əhəmiyyətli bir qurumdur:
 

“Onlar üçün hər hansı kiçik bir sosial - nə ev, nə növbəlilik məsələsində heç bir imtiyaz nəzərdə tutulmayıb. Bizim seçkiləri də keçirən bu qurumdur. Biz görürük ki, onlar seçkilərdə xarici müşahidəçilərin yerləşdirilməsi və digər işlərdə nə qədər əziyyət çəkirlər.


Bu layihəni təqdim edəndə bunları da nəzərə alsınlar. MSK-ya münasibətin bu formada olması tətbiq olunması nəzərdə tutulmalıdır. Bunu yalnız sədrdən ibarət bir qurum görmək düzgün deyil”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO