Bağçalara qəbulda növbələrin yaradılması DAYANDIRILDI

Bağçalara qəbulda növbələrin yaradılması DAYANDIRILDI

Hazırda oxunan: Bağçalara qəbulda növbələrin yaradılması DAYANDIRILDI

250937

Məktəbəqədər təhsil müəssisələrinə elektron sənəd qəbulu sistemi üzrə növbələrin yaradılması müvəqqəti dayandırılıb.

Bu barədə Bizim.Media-ya Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib.
 

Bildirilib ki, 2025-2026-cı tədris ili üzrə məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına hazırlıq ilə əlaqədar olaraq bu gün saat 15:00-dan etibarən qəbul sistemi (bq.edu.az) üzrə növbələrin yaradılması müvəqqəti dayandırıldı.


Növbəti tədris ili üçün məktəbəqədər təhsil müəssisələrinə qəbul ilə bağlı geniş məlumat yaxın zamanda ictimaiyyətə təqdim ediləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO