“Bəzi təhsil eksperləri deyirlər "gəlin, şikayət edək, nəticələri dəyişəcəyik". Biz sadəcə onları ifşa etməliyik. Onların vicdanı olmalıdır. Bilmirəm onlara kim ekspert adı verib. Hansı beynəlxalq konfranslarda iştirak ediblər, hansı məqalələrlə çıxış ediblər. Feysbukda yazmaqla təhsil eksperti olmur”.
Bizim.Media xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə heyətinin sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə qəbul imtahanlarının başlanması ilə əlaqədar keçirilən mətbuat konfransında çıxışı zamanı deyib.
DİM sədrinin sözlərinə görə sözügedən ekspertlərin neçənci ildə ali təhsil müəssisəsinə neçə balla daxil olmaları barədə məlumatlar bizdə mövcuddur:
“Amma biz bunu açıqlamırıq. Bəzi qruplar var ki, özlərini tanıtmaq və pul qazanmaq üçün çıxışlar edirlər”.
Ayşən Rəhim, Sadiq Məmmədov, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
12:03 / 23.05.2025
Məleykə Abbaszadədən təhsil ekspertlərinə TƏNQİD – “Onların da neçə bal yığdığını bilirik”
Hazırda oxunan: Məleykə Abbaszadədən təhsil ekspertlərinə TƏNQİD – “Onların da neçə bal yığdığını bilirik”
Hazırda oxunan: Məleykə Abbaszadədən təhsil ekspertlərinə TƏNQİD – “Onların da neçə bal yığdığını bilirik”
250889
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.