Azərbaycanda güclü zəlzələ gözlənilir? - AÇIQLAMA

Azərbaycanda güclü zəlzələ gözlənilir? - AÇIQLAMA

Hazırda oxunan: Azərbaycanda güclü zəlzələ gözlənilir? - AÇIQLAMA

250861

Həm Türkiyə, həm də Azərbaycan seysmik aktiv bölgələrdə yerləşsələr də oradakı zəlzələlərin bizim ərazilərimizə hər hansı təsiri yoxdur.

Bizim.Media xəbər verir ki, bu sözləri “Trend.az”ın sorğusuna cavab olaraq Respublika Seysmoloji Xidmət Mərkəzinin Elektron Xidmətlər şöbəsinin müdiri Vüsalə Rafiqqızı deyib.

O bildirib ki, qardaş Türkiyənin seysmotektonik quruluşu Azərbaycanla eyni deyil.
 

"Həm Türkiyə, həm də Azərbaycan seysmik aktiv bölgələrdə yerləşsələr də oradakı zəlzələlərin bizim ərazilərimizə hər hansı təsiri yoxdur. Zəlzələnin dəqiq proqnozu olmadığına görə heç kim zəlzələ olacaq yaxud olmayacaq kimi proqnoz verə bilməz. Xırda hiss olunmayan zəlzələlər hər gün qeydə alınır və belə zəlzələlərin heç bir təsiri yoxdur.


Maqnitudası 3 və 3-dən yuxarı zəlzələlər haqqında məlumatlar isə mərkəzin rəsmi saytında və sosial şəbəkələrdəki rəsmi səhifələrindən ictimaiyyətə açıqlanır",- deyə o əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO