Ağdaşda suvarma kanalında 12 gün əvvəl batan şəxsin meyiti ÇIXARILDI

Ağdaşda suvarma kanalında 12 gün əvvəl batan şəxsin meyiti ÇIXARILDI

Hazırda oxunan: Ağdaşda suvarma kanalında 12 gün əvvəl batan şəxsin meyiti ÇIXARILDI

250833

Mayın 10-da Şirvan suvarma kanalının Ağdaş rayonu, Aşağı Ağcayazı kəndindən keçən hissəsində batması ehtimal edilən 1 nəfərin axtarışları yekunlaşıb.

Bu barədə Bizim.Media-ya Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən həyata keçirilən axtarış tədbirləri nəticəsində vətəndaşın meyiti Şirvan suvarma kanalının Göyçay rayonu, Bığır kəndi ərazisindən keçən hissəsində tapılıb və müvafiq qaydada götürülərək aidiyyəti üzrə təhvil verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO