Blogerlərlə bağlı YENİ QƏRAR: Reklam etdikləri məhsulları…

Blogerlərlə bağlı YENİ QƏRAR: Reklam etdikləri məhsulları…

Hazırda oxunan: Blogerlərlə bağlı YENİ QƏRAR: Reklam etdikləri məhsulları…

250831

"İnfluenser və blogerlər üçün qara xəbər gəldi və qanun dəyişdi. Bundan sonra hər bir influenser və ya bloger sosial media hesablarından etdiyi reklamlarda məcburi şəkildə "reklam", "reklam hüququ əsasında", "sponsorluq" və ya "tərəfdaşlıq" qeydini əlavə etməlidir".

Bizim.Media xəbər verir ki, bu barədə texnobloger Fərid Pərdəşünas sosial şəbəkə hesabında paylaşım edib.

O qeyd edib ki, artıq hər bir bloger və influenser VÖEN sahibi olmalıdır: "Bundan başqa, influenserə özü istifadə etmədiyi məhsulu istifadə edirmiş kimi göstərib reklam etmək qadağan olunur. Hər bir influenser VÖEN sahibi olmalı və hüquqi məlumatlarını qeyd etməlidir.

Azərbaycan qanunvericiliyində influenserlər rəqəmsal platforma təsirçiləri olaraq adlandırıldı. Qanun isə artıq qüvvəyə mindi. Diqqətli olun".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO