Rusiyada kibercinayətkarlar evlərə elektrik ustası çağırmağı nəzərdə tutan yeni sxem hazırlayıblar.
Bizim.Media xəbər verir ki, bu sxemin məqsədi şəxsi məlumatlara çıxış əldə etməkdir.
Yeni fırıldaqçılıq sxemi, həmişə olduğu kimi, sadə və effektivdir. Belə ki, sakinlərə telefon zəngi gəlir ki, filan gündə kommunal xidmətin nümayəndəsi (elektrik, qaz işçisi, santexnik, internet şirkətinin işçisi və s.) gələcək.
Zəng edən şəxs ev sahibinin evdə olub-olmayacağınızı soruşur. Daha sonra telefona SMS vasitəsilə qısa kodu göndərirlər və həmin kodu soruşurlar. Həmin kodu onlara deməklə, dələduzlar şəxsi məlumatlara və ya bank hesablarına giriş əldə edirlər.
Rusiya təhlükəsizlik qüvvələri vətəndaşlara heç bir halda şəxsi məlumat və ya telefona gələn hər hansı bir məlumatı heç kimə verməməyi, doğrulama kodları, şifrələr, şəxsiyyət nömrələrini bölüşməməti tövsiyə edirlər.
Bizim.Media