Əxlaqsız məktəb direktorundan növbəti DƏLƏDUZLUQ – Onu kim himayə edir? 

Əxlaqsız məktəb direktorundan növbəti DƏLƏDUZLUQ – Onu kim himayə edir? 

Hazırda oxunan: Əxlaqsız məktəb direktorundan növbəti DƏLƏDUZLUQ – Onu kim himayə edir? 

25079

Quba rayonu Qam-Qam kənd sakini Rəşad Nazim oğlu Rəsulov vətəndaşların etibarindan sui-istifadə edərək 15 nəfərdən 80000 manat olmaqla(zərərçəkənlərin sayının artması gözləniləndir) aldatma yolu ilə dələduzluq edib. Zərərçəkmişlərin 70 faizi qadındır, onların arasında şəhid anası da var. İş ilə bağlı Quba Rayon Polis Şöbəsinin İstintaq bölməsində cinayət işi başlanıb və yekunlaşaraq Quba rayon məhkəməsinə göndərilib.
 

MÖVZU İLƏ BAĞLI:

Məktəblərdə “Əxlaqsız təkliflər” – "İsti kabinetdə idarəetmə olmur" 


Bizim.Media-ya danışan zərərçəkmişlər dələduzluqda adı hallanan Rəşad Rəsulovun həddindən artıq təhlükəli bir şəxs olduğunu və maddi zərərlə yanaşı mənəvi ziyan da vurduğu insanlara hədə - qorxu gəldiyini bildiriblər. 

Zərərçəkmiş Ravil Babayevin sözlərinə görə Rəşad Rəsulov Quba rayonunda ona torpaq sahəsi almaq üçün vasitəçi olub. Amma nə etibarnamə ilə aldığı şəxslərin pulunu çatdırıb, nə də zərərçəkmişə qanuni torpaq sahəsi verib:

“Mən Qusardanam. Torpaq sahəsi isə Qubada idi. O, Qubadakı əraziləri yaxşı tanıdığı üçün bu məsələyə vasitəçilik etdi. Təqdim etdiyi bütün sənədlər də oğurluqla əldə olunub. Ümumilikdə ona 45 min 70 manat məbləğində pul vermişəm. Amma saxta sənədlər təqdim etdiyi torpaq sahəsinin sahibi başqa şəxslərdir. Hansı ki, onların da puunu verməyib. Mənə isə saxta etibarnamə təqdim edib”.

Zərərçəkmiş qeyd edib ki, işi məhkəmə verdiklərinə görə Rəşad Rəsulov onlara hədə-qorxu gəlir:

“Məndə səsyazısı da var. Deyir onsuz da onu həbs etməyəcəklər. Guya əli hər yerə çatdığı üçün heç bir instansiya ona bata bilməyəcək. Boş yerə əziyyət çəkirik, filan”.

Ravil Babayev əlavə edib ki, Rəşad Rəsulovun keçmişi də qaranlıq olub:

“Bu adamın sırf işi dələduzluq, ona-buna fırıldaq və kəf gəlməkdir. Adam əvvəl Qubanın Qam-Qam kənd məktəbində direktor işləyib. Orada azyaşlı qızlara qeyri-etik və seksual hərəkətlər etdiyinə görə qovulub. Heç bir yerə yarayan adam deyil. Məqsədli şəkildə işi və qazancı başqalarının pulunu, yaxud da əmlakını ələ keçirməkdir”.

Digər zərərçəkmiş Elnur Əlimov da saytımıza başına gələnləri danışıb:

“Mənlə bərabər 15 nəfər zərərçəkmiş Quba Rayon Polis Şöbəsinə şikayət ərizəsi təqdim etmişik. Hər 15 nəfərə bu adam pul atıb. Mənə 8700, birinə 46 min, digərinə 26 min 500, bir başqasına 5 min manat olmaqla ümumilikdə 80 min manat məbləğində fırıldaqçılıq edib. Dayımın torpaq mülkiyyəti ilə bağlı sənədini düzəltmək adı altında Rəşad Rəsulov məndən 8700 manat hissə-hissə pul aldı. Bildirdik ki, dayısıoğlanları Vüsal Binəqədi rayon məhkəməsinin hakimi, Dəyanət isə Qusar rayon natoriat kontorudur. Əli hər yerə çatır. Ona görə razılaşdım və daha 200 manat mülki iş olduğu üçün verdim. Maraqlısı isə odur ki, halal pulumuzu tələb edəndə də üzərimizə elə gəlir ki, sanki dələduzluğu biz eləmişik və borclu olan bizik. Bəlkə də daha 30 nəfər şəxs var ki, onların da pulunu mənimsəyib. Sadəcə şikayət həddinə çatmayıb”.

Zərərçəkmiçin sözlərinə görə bu günkü məhkəmədə hakimdən tələbləri Rəşad Rəsulovun həbs edilməsi olacaq:

“Artıq mən pulumu istəmirəm. Bu adamın maddi zərərindən çox, mənəvi ziyanı olub. Yalnız və yalnız onun həbs olunmasını istəyirik. Millətin pulunu vermir, amma Qubanın Təngəaltı kəndində restoran işlədir. Bu adam farağat dayanmır. O vaxt elə dayısıoğlanlarının köməkliyi ilə çalışdığı məktəbdəki əxlaqsız əməlindən sıyrılıb. 9-cu sinif şagirdi olan 2 qıza əxlaqsız davranışına görə barəsində cinayət işi açılıb və 2 il icbari həbs verilib. Bu adam cəmiyyətə gərəkli ünsür deyil, həşəratdır və məhv olmalıdır”, deyə şikayətçi hiddətlənib. 

Qeyd edək ki, ötən gün zərərçəkmişlərin şikayəti əsasında Rəşad Rəsulovun Quba Rayon Məhkəməsində ilk iclası baş tutub. Məhkəmə işi hakim Samir Məmmədovun icraatı ilə keçirilib.

Zərərçəkmişlərin hamısı prosesdə iştirak etmədiyinə görə növbəti məhkəmə iclası iyunun 22-nə təyin olunub.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO