Oğuz rayon icra hakimiyyətinin başçısına yeni qadın müavin təyin edilib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Oğuz şəhər Vətən Müharibəsi Qəhrəmanı Nail İbrahimli adına 3 nömrəli məktəb-liseydə tədris işləri üzrə direktor müavini işləyən Aliyə Osmanova ötən gün yüksək vəzifəyə təyin edilib.
Belə ki, A. Osmanova icra hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifəsinə təyin edilib.
Qeyd edək ki, Aliyə Osmanova Oğuz şəhərində anadan olub. 2001 - 2017 illərdə Oğuz şəhər H. Babayev adına 1 nömrəli tam orta məktəbində müəllim, 2017-2019 illərdə Oğuz şəhər Uşaq-Gənclər İnkişaf Mərkəzində direktor, 2019 -ci ildən Oğuz şəhər Nail İbrahimli adına 3 nömrəli məktəb-liseydə tədris işləri üzrə direktor müavini vəzifəsində çalışıb.
Yeni müavin artıq kollektivə təqdim edilib.
Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu