Azərbaycanda avtomobil bazarında KƏSKİN UCUZLAŞMA – VİDEO

Azərbaycanda avtomobil bazarında KƏSKİN UCUZLAŞMA – VİDEO

Hazırda oxunan: Azərbaycanda avtomobil bazarında KƏSKİN UCUZLAŞMA – VİDEO

250749

Azərbaycanda hibrid avtomobillərə maraq artmaqdadır.

Bizim.Media xəbər verir ki, Dövlət Gömrük Komitəsinin məlumatına görə, təkcə 2025-ci ilin aprel ayında ölkəyə 9 868 ədəd minik avtomobili gətirilib ki, bunun da 43 faizi və ya 4 216-sı hibrid mühərrikli olub. Bu da 2024-cü ilin müvafiq ayı ilə müqayisədə 2.8 dəfə çoxdur.

Avtomobil ticarəti ilə məşğul olan Eldar Əliyev belə avtomobillərin ölkəyə daha aşağı qiymətə gətirildiyini deyir. Həmçinin, idxalçıların sayının çox olması satış qiymətlərinin artmasına imkan vermir.

Qiymətlərin azalması rəsmi göstəricilərdə də öz əksini tapır. Əgər 2024-cü ilin aprel ayında ölkəyə idxal edilən hibrid mühərrikli bir avtomobilin orta qiyməti 29 272 ABŞ dolları idisə, 2025-cü ilin eyni ayında bu göstərici 28.7 faiz azalaraq 20 875 dollar təşkil edib.

Hibrid avtomobillərin qiymətlərinin aşağı olmasının daha bir səbəbi onlara vergi və gömrük güzəştlərinin tətbiq edilməsidir. 2026-cı ilin yanvarın 1-dək istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı və satışı əlavə dəyər vergisindən azaddır.

Daha ətraflı Baku TV-nin süjetində:

 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO