Bu şəxslər mənzillə təmin olunacaq – SİYAHI

Bu şəxslər mənzillə təmin olunacaq – SİYAHI

Hazırda oxunan: Bu şəxslər mənzillə təmin olunacaq – SİYAHI

250743

Azərbaycanda əhalinin sosial cəhətdən həssas əhalisi üçün bir sıra proqramlar icra olunur. Sosial proqramlar çərçivəsində, bəzi kateqoriyalara daxil olan şəxslər dövlət büdcəsi hesabına mənzillərlə də təmin edilir.

Bəs, əlilliyi olan şəxslər də dövlət hesabına mənzillə təmin olunur?

Mövzu ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə sorğu ünvanladıq. Qurumdan Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, imtiyazlı kateqoriyadan olan vətəndaşlarımızın mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına ehtiyac olduqda, onlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mənzillə təmin edilirlər.

Qanunvericiliyə əsasən, 2023-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan kimi uçota alınmış aşağıdakı kateqoriyalara aid şəxslərin mərhələli və növbəlilik qaydasında mənzillə təmin edilməsi nəzərdə tutulub:

- Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslər;

- Çernobıl AES qəzasının nəticələrinin aradan qaldırılmasında iştirak edib əlillik almış şəxslər (uçota alınma tarixindən asılı olmayaraq);
 

- Yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış 2020-2023-cü illərdə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər.


Bundan əlavə, Nazirlər Kabinetinin 16 avqust 2021-ci il tarixli Sərəncamına əsasən, Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda bu Sərəncamın qüvvəyə mindiyi tarixədək uçotda olan, gözdən əlilliyi olan şəxslər də növbəlilik qaydasında mənzillə təmin edilirlər.

Aygün Hüseyn, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO