Bakı məktəblərində işə qəbul imtahanının vaxtı AÇIQLANDI

Bakı məktəblərində işə qəbul imtahanının vaxtı AÇIQLANDI

Hazırda oxunan: Bakı məktəblərində işə qəbul imtahanının vaxtı AÇIQLANDI

250739

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində kitabxana müdiri/kitabxanaçı, çağırışaqədərki hazırlıq rəhbəri vəzifələrinə, həmçinin məktəbəqədər təhsil müəssisələrində təsərrüfat müdiri vəzifəsinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsi mayın 26-27-də keçiriləcək.

BŞTİ-dən Bizim.Media-ya bildirilib ki, test imtahanında 4283 nəfərin iştirakı nəzərdə tutulub.

İmtahanın keçiriləcəyi məkan və vaxt barədə məlumat namizədlərə SMS vasitəsilə göndəriləcək.

İmtahanda namizədlərə 40 (ixtisas üzrə hər biri 2 bal olmaqla 20 sual, İKT səriştələri üzrə hər biri 1 bal olmaqla 10 sual və məntiq üzrə hər biri 1 bal olmaqla 10 sual) test tapşırığının cavablandırılması üçün 90 dəqiqə vaxt veriləcək.

Test imtahanının nəticələri barədə məlumat namizədlərə SMS vasitəsilə göndəriləcək.

Keçid həddi 35 bal olaraq müəyyən edilib. 35 və daha yüksək bal toplayan namizədlər müsabiqənin müsahibə mərhələsinə dəvət ediləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO