Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Mingəçevir şəhəri, 2-ci Günəşli döngəsi adlanan ərazidə fərdi yaşayış evində partlayış baş verməsi barədə məlumat daxil olub.
Bizim.Media xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.
Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Mingəçevir şəhər Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı ümumi sahəsi 88kv.m. olan birmərtəbəli dördotaqlı fərdi yaşayış evində yanğınla nəticələnməyən partlayışın baş verdiyi müəyyən olunub.
Partlayış dalğasının təsirindən evə ziyan dəyib, xəsarət alan olmayıb.
FHN əməkdaşları tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb. Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
15:15 / 22.05.2025
Mingəçevirdə evdə partlayış oldu - VİDEO
Hazırda oxunan: Mingəçevirdə evdə partlayış oldu - VİDEO
Hazırda oxunan: Mingəçevirdə evdə partlayış oldu - VİDEO
250731
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.