Türkiyə - Uels matçının azarkeşlərinin daşınmasına başlanıldı - BNA

Türkiyə - Uels matçının azarkeşlərinin daşınmasına başlanıldı - BNA

Hazırda oxunan: Türkiyə - Uels matçının azarkeşlərinin daşınmasına başlanıldı - BNA

25072

Futbol üzrə Avropa çempionatının (AVRO-2020) Bakıda keçirilən Türkiyə-Uels oyununa azarkeşlərin daşınması ilə əlaqədar Bakı Nəqliyyat Agentliyinin (BNA) təşkil etdiyi ekspress xətləri üzrə daşımalar başlayıb.

Bizim.Media bildirir ki, bu barədə BNA-dan məlumat verilib.
 

MÖVZU İLƏ BAĞLI:

Türkiyəli fanatlar Bakıda yürüş etdilər – VİDEO


Bildirilib ki, bunun üçün sərnişin tələbatına uyğun sayda avtobuslar cəlb olunub. Bundan başqa, təyinat məntəqələrinə yaxın yerlərdə ehtiyat avtobuslar da hazır vəziyyətdə saxlanılıb.

Qeyd olunub ki, sərnişinlərin daşınmaya başlanmasından əvvəl tibbi müayinədən keçən sürücülərə, həmçinin təhlükəsizlik və vəzifələrinə dair təlimatlar verilib.

Təyin olunan məntəqələrdən Bakı Olimpiya Stadionu istiqamətində daşımalar oyunun başlanmasına 30 dəqiqə qalanadək davam edəcək. Oyundan sonra isə azarkeşlər Bakı Olimpiya Stadionun İctimai Nəqliyyat Terminalından geriyə daşınacaq. Geriyə qayıtmaq üçün azarkeşlər stadionun şərq və şimal qapısından çıxmalıdırlar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO