Son günlərdə tələbələr arasında ciddi narahatlıq doğuran hadisə baş verib. Belə ki, naməlum şəxslər bir sıra universitet tələbələrinin adından saxta profillər yaradaraq onların adından insanlardan pul tələb edirlər.
Bizim.Media-ya daxil olan məlumata görə, hadisə Azərbaycan Dillər Universitetinin (ADU) Jurnalistika ixtisasının birinci kurs tələbəsi Səbinə Cəfərovanın başına gəlib. Gənc tələbə bildirib ki, onun adından və şəkillərindən istifadə olunaraq saxta profil yaradılıb:
“Mənim şəkillərimi paylaşaraq, profilimin oxşarını yaradıblar. Sonra isə yardım adı altında paylaşımlar edib, yaxın ətrafımdakı insanlara yazaraq onlardan pul tələb ediblər,” - deyə S.Cəfərova qeyd edib.
Redaksiyamıza müraciət edən digər tələbələr də bu tip halların son vaxtlar tez-tez baş verdiyini bildiriblər. Onların sözlərinə görə, dələduzlar əsasən jurnalistika ixtisasında təhsil alan tələbələrin məlumatlarını hədəf alırlar.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə (DİN) müraciət etdik. Nazirliyin Mətbuat Xidmətindən Bizim.Media-ya bildirilib ki, daxil olan müraciələr əsasında araşdırmalara başlanılıb.
Qeyd edək ki, bu kimi halların qarşısının alınması və məsul şəxslərin müəyyən olunaraq məsuliyyətə cəlb olunması üçün vətəndaşlar dərhal hüquq-mühafizə orqanlarına məlumat verməlidirlər.
Aygün Hüseyn, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
15:00 / 22.05.2025
Yeni DƏLƏDUZLUQ taktikası – İndi də tələbələrin adından pul YIĞILIR – FOTOFAKT
Hazırda oxunan: Yeni DƏLƏDUZLUQ taktikası – İndi də tələbələrin adından pul YIĞILIR – FOTOFAKT
Hazırda oxunan: Yeni DƏLƏDUZLUQ taktikası – İndi də tələbələrin adından pul YIĞILIR – FOTOFAKT
250718
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.