Azərbaycan dili (dövlət dili) imtahanının ikinci cəhdində iştirak etmək üçün qeydiyyat elan olunub.
Bu barədə Bizim.Media-ya DİM-dən məlumat verilib.
Bildirilib ki, ali və orta ixtisas təhsili müəssisələrinə (11 illik təhsil bazasında) qəbul olmaq istəyən, lakin mayın 4-də keçirilən Azərbaycan dili (dövlət dili) imtahanında iştirak etməyən və ya “qeyri-məqbul” qiymət alan abituriyentlər mayın 22-dən 10 iyun saat 23:59-dək qeydiyyatdan keçməklə Azərbaycan dili imtahanına yazıla bilərlər. Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərin Azərbaycan dili imtahanına qeydiyyatı günün ikinci yarısı aktiv ediləcək.
Abituriyentlər qeydiyyatdan keçmək üçün tələb olunan məbləği (sistem tərəfindən avtomatik istifadəçiyə məlumat verilir) şəxsi kabinetlərindəki hesablarına əlavə etməlidirlər.
Azərbaycan dili (dövlət dili kimi) fənni üzrə ikinci imtahan iyunun 29-da keçiriləcək.
Xatırladaq ki, 2025-ci il mayın 4-də keçirilən Azərbaycan dili imtahanında iştirak edən, lakin ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsinə qatılmayan 9-cu və 11-ci sinif şagirdləri ikinci imtahanda iştirak etmirlər. Onların mayın 4-də keçirilən imtahandan topladıqları bal yekun attestasiya sənədinə yazılacaq.
Yekun attestasiyası aparılmayan şagirdlər üçün isə sentyabr ayında yenidən imtahan təşkil olunacaq.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
10:04 / 22.05.2025
Abituriyentlərin NƏZƏRİNƏ: Azərbaycan dilindən imtahan keçiriləcək
Hazırda oxunan: Abituriyentlərin NƏZƏRİNƏ: Azərbaycan dilindən imtahan keçiriləcək
Hazırda oxunan: Abituriyentlərin NƏZƏRİNƏ: Azərbaycan dilindən imtahan keçiriləcək
250647
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.