Barmaqların ucunda baş verən müəyyən dəyişikliklər ölümcül bir xəstəlik - ağciyər xərçəngi-nin səssiz xəbərçisi ola bilər.
Bizim.Media xəbər verir ki, tibbdə "klubbing" (barmaq çırpılması) adlandırılan bu vəziyyət barmaq uclarında şişkinlik və dırnaqlarda deformasiya ilə müşayiət olunur. Mütəxəssislərə görə, bu dəyişiklik bədənin xərçəngə reaksiyası və şişlərin ifraz etdiyi maddələr nəticəsində yaranır.
Mütəxəssislər evdə aparıla bilən "Şamrot Pəncərə Testi"ni tövsiyə edirlər. Bunun üçün hər iki əlin şəhadət barmaqlarının dırnaqlarını bir-birinə arxa tərəfdən yaxınlaşdırmaq kifayətdir. Əgər dırnaqlar arasında almaz formasında boşluq görünmürsə, bu, klubbarmaq əlaməti ola bilər.
Şotlandiyalı fitnes təlimatçısı Brian Gemmell də yalnız bu simptom əsasında həkimə müraciət edib və nəticədə ona ağciyər xərçəngi diaqnozu qoyulub. "Öskürək, nəfəs darlığı yox idi.
Yeganə əlamətim barmaqlarımdakı dəyişiklik idi," - deyə o bildirib.
Mütəxəssislər əlavə edirlər ki, bu əlamətlər barmaq uclarında düyünlü görünüş, dırnaq yatağının yumşalması və qızartı ilə də müşahidə oluna bilər. (Milli.az)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
09:14 / 22.05.2025
Ölümcül xəstəliyin gizli əlaməti: Barmaqlardakı bu dəyişiklik sizə XƏBƏRDARLIQ EDİR
Hazırda oxunan: Ölümcül xəstəliyin gizli əlaməti: Barmaqlardakı bu dəyişiklik sizə XƏBƏRDARLIQ EDİR
Hazırda oxunan: Ölümcül xəstəliyin gizli əlaməti: Barmaqlardakı bu dəyişiklik sizə XƏBƏRDARLIQ EDİR
250637
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.