Xaçmazda güclü külək ağacı yaşayış evinin üstünə aşırıb.
Bizim.Media xəbər verir ki, mayın 21-i Xaçmaz rayonunda əsən güclü külək bir sıra fəsadlar törədib. Şəhərin Günəşli küçəsində böyük palıd ağacı güclü küləyin təsirindən kökündən qoparaq Soltanov Asif Əlifşah oğluna məxsus yaşayış evinin üstünə aşıb. Xəsarət alan olmayıb.
Ağacın zərbəsindən evin divarında çatlar yaranıb. Hadisə zamanı küçədəki qaz xətti də zədələnib.
Ağac kran vasitəsilə evin üzərindən kənarlaşdırılıb.
Güclü külək Xaçmaz rayonun elektrik təsərrüfatına da ziyan vurub. Bəzi kəndlərin enerji təchizatında müvəqqəti fasilə yaranıb.
Bizim.Media