Vahid Novruzlu 11 il həbsdə qalacaq - 143 milyonluq mənimsəmə

Vahid Novruzlu 11 il həbsdə qalacaq - 143 milyonluq mənimsəmə

Hazırda oxunan: Vahid Novruzlu 11 il həbsdə qalacaq - 143 milyonluq mənimsəmə

250540

Müdafiə Nazirliyindəki 143 milyonluq mənimsəmə faktı ilə bağlı cinayət işindən ayrılmış epizod üzrə həbs edilən “N” saylı hərbi hissənin sabiq maliyyə-xidmət rəisi kapitan Vahid Novruzlunun məhkəmə araşdırması başa çatıb.

Bizim.Media xəbər verir ki, Bakı Hərbi Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.
 

Fikrət Əliyevin sədrlik etdiyi məhkəmə tərkibi Novruzlunu xüsusilə külli miqdarda mənimsəmə cinayətində təqsirli bilib.


Hökmə əsasən o, 11 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, V.Novruzlu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) apardığı istintaq çərçivəsində cinayət məsuliyyətinə cəlb olunub. İlkin mərhələdə istintaq orqanı kapitana dövlətə vurulan ziyanı ödəmək şərti ilə azadlıqda qalmaq imkanı versə də, ziyan ödənilmədiyi üçün sonradan barəsində həbs qətimkan tədbiri seçilib. (Qafqazinfo.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO