Ceyhun həyat yoldaşını xilas etmək istəyərkən həlak olub... – FOTO

Ceyhun həyat yoldaşını xilas etmək istəyərkən həlak olub... – FOTO

Hazırda oxunan: Ceyhun həyat yoldaşını xilas etmək istəyərkən həlak olub... – FOTO

250535

Xəbər verdiyimiz kimi, ABŞ-ın Florida ştatının Mayami şəhərində azərbaycanlı gənc Ceyhun Sadıqbəyli faciəli şəkildə həlak olub.

Bizim.Media “Bakupost.az”a istinadən xəbər verir ki, Ceyhun Sadıqbəylinin yaxınlarının dediyinə görə, hadisə “South Beach” adlanan ərazidəki çimərlikdə baş verib.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanlı gənc Mayamidə faciəvi şəkildə dünyasını dəyişdi - FOTO


Belə ki, orada istirahət edərkən Ceyhunun həyat yoldaşı suda boğulmaq təhlükəsi iləüz-üzə qalıb. Xanımını ölümün cəngindən xilas edən Ceyhun özü boğularaq həlak olub.

Yenicə ailə həyatı quran Ceyhun Bostondakı şirkətlərin birində satış meneceri işləyirmiş. Hazırda onun cənazəsinin Azərbaycana gətirilməsi istiqamətində iş aparılır.

Qeyd edək ki, Ceyhun 2000-ci ildə Yardımlı rayonunun Bozayran kəndində doğlub. O, 665 balla ADA Universitetinin Biznesin idarə edilməsi ixtisasının ingiliscə bölməsinə daxil olaraq bakalavr pilləsini bitirmişdi.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO