“BakuBus”da ata qızını döydü - VİDEO

“BakuBus”da ata qızını döydü - VİDEO

Hazırda oxunan: “BakuBus”da ata qızını döydü - VİDEO

250482

“BakuBus”a məxsus sərnişin avtobusunda insident yaşanıb. Hadisə ötən gün 17 radələrində Koroğlu Nəqliyyat Mübadilə Mərkəzinin avtobus dayanacağında qeydə alnınıb. Nəqliyyat vasitəsində iki sərnişin bir-birinə hücum edib.

Bizim.Media xəbər verir ki, “BakuBus” MMC-in mətbuat katibi Əsmər Əliyeva "unikal.az"a açıqlamasında bildirib ki, hadisə ailə münaqişəsi zəmnində baş verrib.

Onun sözlərinə görə, ata və qızı arasında baş verən davaya avtobus sürücüsü və digər sərnişinlər müdaxilə edib, onları sakitləşdirməyə çalışıblar:

"İnsidentlə bağlı aidiyyatı qurumlara məlumat verilib. Polis əməkdaşları hadisə yerinə yaxınlaşıb və məsələ yerindəcə həll olunub", - deyə o, əlavə edib.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO