Azərbaycanda kişilərə ödənişli atalıq məzuniyyəti VERİLƏ BİLƏR – RƏSMİ

Azərbaycanda kişilərə ödənişli atalıq məzuniyyəti VERİLƏ BİLƏR – RƏSMİ

Hazırda oxunan: Azərbaycanda kişilərə ödənişli atalıq məzuniyyəti VERİLƏ BİLƏR – RƏSMİ

250481

Həyat yoldaşlarının uşaq dünyaya gətirməsi ilə əlaqədar atalara verilən 14 günlük ödənişsiz məzuniyyətin ödənişli əsaslarla olması üçün qanunvericiliyə dəyişikliklərin edilməsi təklif olunur.

Bizim.Media xəbər verir ki, bu barədə məlumat Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında müzakirə olunan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü il üzrə Məlumatında öz əksini tapıb.

Məlumatda həmçinin aşağıdakı təkliflər də öz əksini tapıb:

Əmək bazarında qadınların vəziyyəti ilə bağlı hərtərəfli statistik informasiyaların və etibarlı məlumat bazasının formalaşdırılması;

Kişilərin və oğlanların əmək bazarında azlıq təşkil etdikləri sahələrə cəlb edilməsi, onlara bu istiqamətdə təsir göstərən gender stereotiplərinin aradan qaldırılması;

Qadınların, xüsusilə kənd yerlərində yaşayan qadınların iqtisadi fəallıq səvi-yyəsinin yüksəldilməsinə, kişilərlə bərabər iqtisadi hüquqlarının həyata keçirilməsinə hərtərəfli dəstəyin göstərilməsi;

Qadın sahibkarlığının stimullaşdırılması üzrə yeni mexanizmlərin işlənilməsi;

Ailə öhdəliyi olan işçilərin məşğulluq imkanlarının genişləndirilməsi məqsədilə məktəbəqədər təhsil infrastrukturunun inkişafı üzrə tədbirlərin davam etdirilməsi;

Qadınların rəqabətliliyinin artırılması məqsədilə əmək bazarında prioritet peşələr üzrə peşə hazırlığının təşkili.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO