2024-cü ildə “Qadın dəstək xətti”nə 1623 müraciət daxil olub.
Bizim.Media xəbər verir ki, bu barədə məlumat Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında müzakirə olunan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü il üzrə Məlumatında öz əksini tapıb.
Bildirilib ki, onlardan 304-ü (19 %) məişət zorakılığı, 472-si (29%) boşanma prosesindəki problemlər, 267-si (16%) sosial-maddi rifahın aşağı olması, 42-si (3%) səhiyyə hüququnun təmin edilməsi, 495-i (30%) hüquqi yardıma ehtiyac və 43-ü (3%) sığınacaqla təmin olunma ilə əlaqədar olub.
Müraciətlərin 72 faizi mobil, 4 faizi şəhər telefonlarından, 24 faizi isə sosial şəbəkələrdən daxil olub.
Günay Şahmar, Bizim.Media