600-dən yüksək bal toplayanların çoxu QIZLARDIR – STATİSTİKA

600-dən yüksək bal toplayanların çoxu QIZLARDIR – STATİSTİKA

Hazırda oxunan: 600-dən yüksək bal toplayanların çoxu QIZLARDIR – STATİSTİKA

250478

2024-2025-ci tədris ilində 1 milyon 705 279 nəfər şagird təhsil alır.

Bizim.Media xəbər verir ki, bu barədə məlumat Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında müzakirə olunan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü il üzrə Məlumatında öz əksini tapıb.
 

Bildirilib ki, onların 46, 7 faizini (797 081) qızlar, 53,3 faizini (908 198) oğlanlar təşkil edir.


Qeyd edilib ki, bu tədris ilində dövlət və özəl təhsil müəssisələrində təhsil alan tələbələrin sayında qadınlar üstünlük təşkil edib. Həmçinin, ötən il ali təhsil müəssisələrinə qəbul imtahanlarında 600 və daha yüksək bal toplayaraq uğur qazanan abituriyentlərin 45.54%-ni kişi, 54.46%-ni isə qadın abituriyentlər təşkil edir.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO