Naxçıvanda "Konstitusiya və Suverenlik İli”nə həsr edilən “Kiber Suverenlik” konfransı keçirilir – YENİLƏNƏCƏK/FOTO

Naxçıvanda "Konstitusiya və Suverenlik İli”nə həsr edilən “Kiber Suverenlik” konfransı keçirilir – YENİLƏNƏCƏK/FOTO

Hazırda oxunan: Naxçıvanda "Konstitusiya və Suverenlik İli”nə həsr edilən “Kiber Suverenlik” konfransı keçirilir – YENİLƏNƏCƏK/FOTO

250461

Naxçıvan şəhərində Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının təşkilatçılığı, Milli Kibertəhlükəsizlik Mərkəzinin və “Caspel” MMC-nin əsas tərədaşlığı, “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” QSC və "Şərq qapısı" qəzetinin media tərəfdaşlığı ilə "Konstitusiya və Suverenlik İli”nə həsr edilən “Kiber Suverenlik” konfransı keçirilir.
 

Bizim.Media “Nuhcixan.az”a istinadən xəbər verir ki, tədbir açılış nitqləri və panel müzakirələri ilə davam edir.
 

Qeyd edək ki, konfransın təşkil edilməsində məqsəd ölkənin kibertəhlükəsizlik ekosisteminin inkişafına töhfə verən müvafiq qurum, təşkilat və şirkətlərin nümayəndələri ilə birgə kiber suverenlik mövzusunda müzakirələrin həyata keçirilməsidir.


150-dən çox iştirakçının qatıldığı konfransda dövlət qurumlarının rəhbər şəxsləri, ali təhsil müəssisələrinin rektorları, elmi ictimaiətin nümayəndələri, aparıcı İT şirkətlərin rəhbər vəzifəli şəxsləri və tanınmış yerli ekspertlər iştirak edir.











Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO