Yuxusuzluqdan əziyyət çəkirsinizsə, mütləq oxuyun!

Yuxusuzluqdan əziyyət çəkirsinizsə, mütləq oxuyun!

Hazırda oxunan: Yuxusuzluqdan əziyyət çəkirsinizsə, mütləq oxuyun!

250433

Yuxusuzluq insan sağlamlığına mənfi təsir göstərir. Az yatmaq bir çox sağlamlıq problemlərinə və xəstəliklərə səbəb olur.

Bizim.Media xəbər verir ki, yuxusuzluq əksər hallarda emosional pozğunluqlar, xüsusən depressiya və ya narahatlıqlar fonunda inkişaf edir.

Bəs rahat yuxu üçün nələrə diqqət etməliyik?

Araşdırmalara görə, yaxşı yuxuya getmək və yuxusuzluqdan əziyyət çəkməmək üçün beş qaydaya riayət etmək lazımdır.

1. Yatmazdan əvvəl narahatlıqlarınızı kənara qoyun. Emosional cəhətdən çətin məsələləri müzakirə etməyin.

2. Axşam saatlarında telefondan çox istifadə etməkdən çəkinin. Texnologiyadan gələn mavi işıq bədənin yuxu-oyanma dövrlərini tənzimləyən melatonin hormonunun səviyyəsini azaldır.

3. Yatmazdan bir saat yarım əvvəl müntəzəm olaraq təmiz havada gəzin.

4. Kontrast duş (mütəmadi olaraq isti və soyuq suyun növbə ilə istifadə edilməsi) qəbul edin. İsti və soyuq su arasında dəyişim yuxuya getməyinizə kömək edə bilər.

5. Yatmazdan əvvəl istirahət rituallarınızı yaradın və onları hər gecə edin. Bu, kitab oxumaq və ya xoş musiqi dinləmək ola bilər. (qafqazinfo.az)

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO