Gəncədə AĞIR QƏZA – Ölən və yaralananlar var – FOTO

Gəncədə AĞIR QƏZA – Ölən və yaralananlar var – FOTO

Hazırda oxunan: Gəncədə AĞIR QƏZA – Ölən və yaralananlar var – FOTO

250432

Gəncədə iki avtomobilin toqquşması nəticəsində bir nəfər ölüb, 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Yeni Gəncə qəsəbəsində baş verib. 

Hərəkətdə olan "VAZ2107" markalı avtomobillə "Chevrolet" markalı maşının toqquşması nəticəsində 1985-ci il təvəllüdlü Jalə Nəbiyeva hadisə yerində ölüb.

1988-ci il təvəllüdlü Amil Rüstəmov, Xoşqədəm Rüstəmova, həmçinin Goranboy rayon sakini 1988-ci il təvəllüdlü Vüsal Bayramov xəsarət alıblar. Yaralılar Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib. Onlara ilkin tibbi yardım göstərilib. Vəziyyətləri orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.




Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO