Şəki şəhər İnteqrasiya təlimli internat tipli gimnaziyasında aparılan yoxlama zamanı ciddi nöqsanlar aşkarlanıb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Şəki-Zaqatala Regional Təhsil İdarəsi tərəfindən aparılan yoxlama zamanı Şəki şəhər İnteqrasiya təlimli internat tipli gimnaziyanın fəaliyyətində ciddi nöqsanlar aşkar edilib.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmrinə əsasən, müəssisənin direktoru Taliə Babayeva ilə əmək müqaviləsinə xitam verilib.
Regional Təhsil İdarəsindən verilən məlumata əsasən, təhsil müəssisələrində yoxlama və nəzarət tədbirləri davam etdirilir, aşkar edilən nöqsanlara görə aidiyyəti şəxslər barəsində müvafiq intizam tədbirləri görülür.
Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

- A-
- A
- A+
Cəmiyyət
22:04 / 20.05.2025
Gimnaziya direktoru işdən ÇIXARILDI - FOTO
Hazırda oxunan: Gimnaziya direktoru işdən ÇIXARILDI - FOTO
Hazırda oxunan: Gimnaziya direktoru işdən ÇIXARILDI - FOTO
250405
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.