Qohum davalarına SON - Miras bu qaydada BÖLÜNƏCƏK

Qohum davalarına SON - Miras bu qaydada BÖLÜNƏCƏK

Hazırda oxunan: Qohum davalarına SON - Miras bu qaydada BÖLÜNƏCƏK

250327

Yeni qanunla miras məsələlərində qeyri-müəyyənliklər aradan qaldırılır. Artıq "mən qəbul etdim-etmədim" kimi mübahisələrə yer qalmayacaq. Əgər bir şəxs mirası öz adına keçirmişsə, yəni əmlakı faktiki olaraq özünə götürübsə, o zaman bu şəxs həmin əmlakı qəbul etmiş sayılacaq. Lakin  mirası qəbul edən şəxsin 3 ay ərzində rəsmi imtina hüququ mövcud olacaq.

İndiyə qədər:

Mirasqoyan (vəfat edən şəxs) öldükdən sonra, vərəsə (varis) mirası qəbul etsə, bu, o andan onun mülkiyyəti sayılırdı.

Əgər vərəsə mirası istəmirdisə, müəyyən müddət ərzində notariata ərizə ilə müraciət edib imtina etməliydi.

Dəyişiklikdən sonra:

Artıq miras, vəfat edən şəxsin ölümündən dərhal sonra vərəsəyə qanunla keçir (mirasın qəbulu avtomatik sayılır).

Vərəsə əgər əmlakdan istifadə etməyə başlayıbsa (məsələn, evə köçübsə, torpağı əkibsə və s.), bu onun mirası qəbul etdiyini sübut edir.

Amma vərəsə hələ də mirasdan imtina edə bilər, sadəcə bunu 3 ay ərzində etməlidir. Əgər ciddi səbəbləri varsa, məhkəmə bu müddəti 2 ay da uzada bilər.

Mirasdan imtina etmək istəyən şəxs bu barədə notariata ərizə verməlidir.

Vərəsəlik şəhadətnaməsi ilə bağlı dəyişiklik:

Əgər miras bir neçə şəxsə (miras şəriklərinə) çatırsa, onların hamısının hüquqları qorunacaq.

Mövzu ilə bağlı hüquqşünas Ramil Süleymanov Bizim.Media-ya açıqlamasında bildirib ki, yeni qaydalar bu şəxslərin arasında mirasın necə bölünəcəyini və kimin nə qədər pay alacağını daha aydın tənzimləyəcək.

"Qeyd edilənlər ürəkaçan dəyişikliklərdir. Miras əmlakı, onun faktiki qəbulu, o cümlədən vərəsəlik zamanı qəbulu, vəsiyyətnamə üzrə müraciət qəbulu, müraciətdən sonra əmlakın qəbulu məsələsi qanunvericilikdə biraz aydın deyildi. Bununla bağlı tərəflər arasında tez-tez mübahisələr yaşanırdı.

Qanunun müddəasının konkretləşdirilməsi, daha dəqiq qeyd olunması gələcəkdə artıq mübahisələrin, anlaşılmazlıqların azalmasına gətirib çıxaracaq. Hesab edirəm ki, mülki məcəllədə qeyri-dəqiq olan müddəalar mütləq şəkildə dəqiqləşdirilməlidir. Ciddi mübahisəyə səbəb olacaq məsələlər göstərilməlidir", - deyə o, qeyd edib.

Ayşən Rəhim, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO