Sumqayıt şəhərində baş verən partlayış səbəbilə mayın 20-də saat 12:20 radələrində 5 nəfər (kişi cinsli) Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub.
Bu barədə Bizim.Media-ya TƏBİB-dən bildirilib.
"Müxtəlif dərəcəli yanıq xəsarətləri alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti ağır qiymətləndirilən 3 nəfər Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə təxliyə olunur. Digər 2 nəfərin müalicəsi isə müvafiq şöbədə davam etdirilir, vəziyyətləri orta ağırdır", - məlumatda deyilir.
***13:09
Sumqayıt şəhərində yerləşən sənaye müəssisələrindən birində partlayış baş verib.
Bizim.Media "report.az"a istinadən xəbər verir ki, hadisə şəhərin Sahil küçəsində yerləşən zavodlardan birində qeydə alınıb.
Əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin qüvvələri, Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası cəlb olunub.
İlkin məlumata əsasən, hadisə nəticəsində üç nəfər xəsarət alıb.
Partlayışın səbəbləri araşdırılır, ərazidə təhlükəsizlik tədbirləri görülür.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
13:51 / 20.05.2025
Sumqayıtda güclü PARTLAYIŞ: Xəsarət alanlar var - Üçünün vəziyyəti ağırdır - YENİLƏNİB
Hazırda oxunan: Sumqayıtda güclü PARTLAYIŞ: Xəsarət alanlar var - Üçünün vəziyyəti ağırdır - YENİLƏNİB
Hazırda oxunan: Sumqayıtda güclü PARTLAYIŞ: Xəsarət alanlar var - Üçünün vəziyyəti ağırdır - YENİLƏNİB
250310
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.