Skuter sürücüsü yolda təhlükə yaratdı – VİDEO

Skuter sürücüsü yolda təhlükə yaratdı – VİDEO

Hazırda oxunan: Skuter sürücüsü yolda təhlükə yaratdı – VİDEO

250305

Bakıda skuter sürücüsü yolda əks istiqamətdə hərəkət edib. Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.

Bizim.Media xəbər verir ki, məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi polis kapitanı Toğrul Nəsirli qafqazinfo.az-a bildirib ki, dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, bəzi kiçik elektrik nəqliyyat vasitələrinin sürücüləri yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq həm özlərinin, həm də digər hərəkət iştirakçılarının həyat və sağlamlıqlarını təhlükə altına atırlar:

“Görüntüdən də aydın görünür ki, skuter sürücüsü hərəkətin intensiv olduğu yolda nəqliyyat axınına qarşı hərəkət edərək təhlükəli vəziyyət yaradır. Belə hal yolverilməzdir və öz növbəsində inzibati məsuliyyət yaradır. Bu tip nəqliyyat vasitələrini idarə edən sürücülər də diqqətli olmalı, qaydalara birmənalı olaraq riayət etməlidirlər”.

Həmin görüntüləri təqdim edirik:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO