Bakıda piyada keçidlərində baş verən dəhşətli qəzalar – ANBAAN VİDEO

Bakıda piyada keçidlərində baş verən dəhşətli qəzalar – ANBAAN VİDEO

Hazırda oxunan: Bakıda piyada keçidlərində baş verən dəhşətli qəzalar – ANBAAN VİDEO

250304

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərə müraciət edib.

Bizim.Media xəbər verir ki, müraciətdə deyilir:

Piyada keçidini bildirən nişana diqqət yetirməməsi və məsuliyyətsizlik piyadaların vurulması ilə nəticələnir

"Sürücülərin nəqliyyat vasitəsini sürətlə idarə etməsi, piyada keçidini bildirən nişana diqqət yetirməməsi və məsuliyyətsizlik sonda piyadaların vurulması ilə nəticələnir. Ötən gün axşam saatlarında Yasamal rayonu, Şəfayət Mehdiyev və Lev Landau küçələrinin kəsişməsində qaydalara əməl edib piyada keçidindən keçən iki piyada motosiklet sürücüsü tərəfindən vurulub.
 

Digər bir anoloji yol-nəqliyyat hadisəsi isə Yasamal rayonu, Nəriman Nərimanov prospektində qeydə alınıb. Ölüm və xəsarətlə nəticələnən bu tip qəzaların ilkin təhlili deməyə əsas verir ki, səbəblər eynidir. Ancaq təəssüflər olsun ki, bu səbəblərdən nəticə çıxarmadıqda, hələ də piyadalar təhlükə ilə üz-üzə qalmaqda davam edirlər".


Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi nəqliyyat vasitələrinin sürücülərinə bir daha müraciət edir:

1. Piyada keçidlərini bildirən nişanlara diqqət yetirin;

2. Keçidlərə yaxınlaşarkən sürəti azaldın;

3. Xüsusilə də axşam və gecə saatlarında piyada keçidlərinə yaxınlaşarkən daha ehtiyatlı olun.

Qeyd olunub ki, keçidə daxil olduqları andan etibarən piyadalara yol vermək sürücülərin vəzifəsidir və bu qaydaya əməl etməməyə görə məsuliyyət daşıyırlar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO