Xəbər verdiyimiz kimi, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Kral Ailəsinin üzvlərinin şərəfinə ənənəvi olaraq hər il təşkil edilən “Vindzor Kral Atçılıq Şousu” baş tutub.
Bizim.Media xəbər verir ki, Vindzor qəsrində qonaqların şərəfinə təşkil olunmuş rəsmi ziyafətdə Azərbaycan milli mətbəxinə məxsus ləziz təamlar təqdim olunub.
Dadlı yeməklər “Zugulba Mangal Steak House”un rəhbəri Namik Məmmədovun komandası tərəfindən hazırlanıb. Qonaqlar dolma, şah plov, kükü, təndir çörəyi, qara kürü, şəkərbura, paxlava, çay və s. təamların dadına valeh olublar.
Ziyafətə Böyük Britaniya Kralı III Çarlzın qardaşı şahzadə Edvard və həyat yoldaşı Sofi, Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev, həmçinin digər mötəbər qonaqlar qatılıblar.
“Bu dəyərli görüş bizim üçün həm mədəniyyətimizin, həm də mətbəximizin təbliği baxımından əlamətdar bir hadisə oldu”, - “Zugulba Mangal Steak House”un instaqram hesabındakı paylaşımda deyilir. (Qafqazinfo.az)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
10:55 / 20.05.2025
Kral ailəsinə bu yeməklərimiz verildi – MENYU – FOTO-VİDEO
Hazırda oxunan: Kral ailəsinə bu yeməklərimiz verildi – MENYU – FOTO-VİDEO
Hazırda oxunan: Kral ailəsinə bu yeməklərimiz verildi – MENYU – FOTO-VİDEO
250279
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.