İşğaldan azad edilən daha 8 rayona bu gündən etibarən şəxsi avtomobillərlə gedə bilərsiniz

İşğaldan azad edilən daha 8 rayona bu gündən etibarən şəxsi avtomobillərlə gedə bilərsiniz

Hazırda oxunan: İşğaldan azad edilən daha 8 rayona bu gündən etibarən şəxsi avtomobillərlə gedə bilərsiniz

250275

Bu gündən etibarən Azərbaycan vətəndaşları şəxsi avtomobilləri ilə Ağdam, Füzuli, Xocavənd, Cəbrayıl, Zəngilan, Xankəndi, Xocalı və Ağdərəyə səfərlər edə biləcəklər.

Bizim.Media xəbər verir ki, səfər üçün icazə almaq zəruridir.

Bu icazə www.yolumuzqarabaga.az portalı vasitəsilə əldə olunur. İcazə 2 gün müddətində qüvvədə qalır və maksimum 9 nəfərlik qrup (sürücü daxil olmaqla) üçün verilə bilər.

Qeyd edək ki, indiyə qədər bu portal vasitəsilə yalnız Şuşa, Laçın və Suqovuşan qəsəbəsinə səfərlər üçün icazələr əldə edilirdi.

Yeni qərarla işğaldan azad olunmuş daha geniş ərazilərə fərdi avtomobillərlə səfərlər mümkün olacaq. Bu addım vətəndaşların doğma torpaqlara səfər imkanlarını genişləndirməklə yanaşı, bölgənin sosial-iqtisadi həyatına inteqrasiyasını da sürətləndirməyə xidmət edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO