Film kimi OLAY: 40 nəfərdən ətli pirojki ilə qisas aldı

Film kimi OLAY: 40 nəfərdən ətli pirojki ilə qisas aldı

Hazırda oxunan: Film kimi OLAY: 40 nəfərdən ətli pirojki ilə qisas aldı

250210

Haitidə küçə ticarəti ilə məşğul olan qadın təkbaşına “Viv Ansanm” adlı yerli quldur dəstəsinin 40 nəfər üzvünü öldürüb.

Bizim.Media xəbər verir ki, qadın buna onlara təklif etdiyi ətli pirojki ilə nail olub.

Belə ki, Haitinin Port-au-Prince rayonunda məşhur olan yerli dəstə üzvlərinə əvvəlcə rayonun “təhlükəsizliyini qoruduqları” üçün təşəkkür edən qadın, daha sonra onları satdığı pirojkilərə qonaq edib. Dəstənin 40 nəfər üzvü pirojkiləri yedikdəın sonra zəhərləniblər. Həkimlərin səylərinə baxmayaraq, onların həyatlarını xilas etmək mümkün olmayıb.
 

Daha sonra qadın polis şöbəsinə gedərək təslim olub. Məlum olub ki, sözügedən quldur dəstə onun ailə üzvlərini öldürüb və qadın onlardan bu yolla qisas almaq istəyib.


Ekspertizanın rəyinə əsasən, quldurlar üçün bişirdiyi pirojkilərə qadın kənd təsərrüfatında istifadə olunan güclü pestisid maddə əlavə edib.

Haitili qadına qarşı hansı ittihamların irəli sürüldüyü hələlik məlum deyil.

Qeyd edək ki, quldur dəstənin keçmiş polis əməkdaşı tərəfindən yaradıldığı güman edilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO