Xəbər verildiyi kimi Lənkəranda rəfiqələri ilə istirahətə gedən qadın sürücü minik avtomobilinin yük hissəsində 3 azyaşlını oturdub. Belə ki, 42 AA 342 dövlət qeydiyyat nişanlı “KİA Sportage” markalı avtomobilin sürücüsü azyaşlılardan şəxsi əşya kimi istifadə edərək sərnişindaşıma qaydalarını kobud şəkildə pozub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupu tərəfindən məsələ dərhal nəzarətə götürülüb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Bizim.Media-ya bildirilib ki, həmin sürücü polis əməkdaşları tərəfindən müəyyən edilib.
MÖVZU İLƏ BAĞLI:
Qadın sürücüdən qayda pozuntusu – 3 uşağı avtomobilin “baqaj”ında DAŞIDI – VİDEO
Sərnişindaşıma qaydalarını pozduğu üçün barəsində inzibati xəta haqqında protokol tərtib edilib.
Qeyd edək ki, sərnişindaşıma qaydalarını pozan sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin 327.2 maddəsi ilə məsuliyyət nəzərdə tutulub.
Sərnişindaşıma qaydalarını pozduğu üçün sürücünün barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən inzibati xəta haqqında protokol tərtib olunub və inzibati cəza tətbiq edilərək 100 manat məbləğində cərimə olunub.
Alçina Amilqızı, Bizim.Media