“Cəfərqulunun kafesi” əxlaqsızlıq yuvası imiş - Cinayətin üstü belə açılıb

“Cəfərqulunun kafesi” əxlaqsızlıq yuvası imiş - Cinayətin üstü belə açılıb

Hazırda oxunan: “Cəfərqulunun kafesi” əxlaqsızlıq yuvası imiş - Cinayətin üstü belə açılıb

250126

Şəmkirdə yerləşən “Cəfərqulunun kafesi” əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərirmiş.

Bizim.Media “musavat.com”a istinadən xəbər verir ki, adı çəkilən kafenin icarədarı olan 34 yaşlı qadın orada hamam otağını müştərilərin istifadəsinə verməklə, fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvalar təşkil etmə və saxlama cinayət əməllərini törədib.

İstintaqla müəyyən edilib ki, həmin qadın eyni əməllə daha əvvəl Sabirabadda icarəyə götürdüyü kafedə də məşğul olub.
 

“Cəfərqulunun kafesi”nin əxlaqsızlıq yuvası olması isə oğurluq hadisəsi ilə açılıb. Belə ki, həmin kafedə bir qadınla münasibətdə olan şəxs pulunun oğurlandığını bilib və polisə məlumat verib. Bundan sonra kafenin əxlaqsızlıq yuvası olması müəyyən edilib.


Qeyd edilən cinayəti törətməkdə təqsirli bilinən qadın 2 il islah işlərinə cəlb edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO