Nəticələrindən narazı qalan neçə abituriyent apellyasiyaya MÜRACİƏT edib? – RƏSMİ AÇIQLAMA

Nəticələrindən narazı qalan neçə abituriyent apellyasiyaya MÜRACİƏT edib? – RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Nəticələrindən narazı qalan neçə abituriyent apellyasiyaya MÜRACİƏT edib? – RƏSMİ AÇIQLAMA

250124

İmtahan nəticəsindən narazı qalan və yoxlamada səhvlik olduğunu düşünən abituriyentin qiymətləndirmənin yenidən yoxlanılmasıyla bağlı Apellyasiya Komissiyasına rəsmi müraciət etmək hüququ var. Müraciətdən sonra rəsmi qurum şikayət əsasında şagirdin yazı işlərini yenidən yoxlayır və araşdırmanın nəticəsini yenidən təqdim edir.

Qeyd edək ki, 2024-cü ildə 11 illik təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanlarının nəticələriylə bağlı 10496 şagird Apellyasiya Komissiyasına müraciət edib.
 

MÖVZU İLƏ BAĞLI:

DİM-dən ÇAĞIRIŞ: “Bu halda imtahanın II cəhdinə buraxılmayacaqsınız!”


Bizim.Media xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat verib.

Müraciətlər nəticəsində 29966 yazı işi ilə bağlı qiymətlər araşdırılıb. 

Müraciətlərin 302-si boş yazı işindən (bu işlərdə şagirdlər tərəfindən heç bir yazı işi yerinə yetirilməyib və tamamilə boşdur), 652‑si isə tam bal ilə qiymətləndirilmiş işlərdən (bu işlər yoxlama vaxtı markerlər tərəfindən onsuz da tam bal ilə qiymətləndirilib) olub. Tam ballıq işlərə aid müraciətlər də araşdırılıb  və elektron apellyasiya ərizələrində müvafiq qeydlər yazılıb.

Bəs neçə şagirdin nəticəsində düzəliş edilib?

DİM-ın məlumatına əsasən araşdırmalar nəticəsində ümumilikdə 580 şagirdin yazı işinə düzəliş edilib. Düzəliş edilən halların (iki imtahan üzrə birlikdə bütün yazı işlərinin 0,08%-i) 514-ü yerdəyişmə halları (cavab vərəqində bir tapşırığa aid yazı işinin həllinin və ya cavabının başqa tapşırıq üçün nəzərdə tutulmuş hissəyə yazılması halları), 45-i şagirdin xəttinin çətin oxunması, 21-i cavab vərəqində yazı işinin yerinə yetirilməsi üçün nəzərdə tutulan çərçivədən kənara çıxma halları, qalanları isə yazı işlərinin qiymətləndirilməsi zamanı yol verilən səhvlərlə bağlıdır.
 

Qeyd edək ki, təqdim etdiyimiz statistika  sadəcə ötən il keçirilən buraxılış imtahanılarına aiddir. Blok imtahanlarıyla bağlı edilən apellyasiya müraciətlərinin və düzəliş edilən yazı işlərinin statistikasıyla bağlı DİM-ə ünvanladığımız sorğuya açıqlama verilməyib.


Daha doğrusu qurumdan Bizim.Media-ya bildirilib ki, blok imtahanlarının nəticələriylə bağlı statistik məlumat yoxdur.

Nəzrin Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO